Nazirlikdən 37 min manatlıq cərimə
Bizi izləyin

Ekologiya

Nazirlikdən 37 min manatlıq cərimə

Ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət etməyənlər cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 229 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 70 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 40 iş üzrə 37450 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 54270,99 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 221 iş üzrə 39101,14 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 43, icra qurumlarına 37, məhkəmələrə isə 9 iş göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm