Ekologiya
Azərbaycanda son 14 ildə BELƏ İSTİ OLMAYIB: yaxın 3 gündə...
Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilir.
Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35, Aran rayonlarında 31-36, dağlıq ərazilərdə 21-26 dərəcədir. Belə hava şəraitinin yaxın 2-3 gün ərzində də müşahidə ediləcəyi proqnozlaşdırılır.
Baş hidroloq əlavə edib ki, 2002, 2003, 2007, 2010 və 2012-ci illərdə, eləcə də ötən il sentyabrın hazırkı dövründə Bakıda belə temperatur və rütubətli hava şəraiti qeydə alınıb. Lakin ötən illərin sentyabr aylarında belə isti hava şəraiti müşahidə edilsə də, istilər bu ilki qədər uzun müddətli olmayıb.
A.Verdiyev qeyd edib ki, sonuncu dəfə Bakıda 2003-cü ilin sentyabr ayının ilk ongünlüyündə uzun müddətli isti hava şəraiti müşahidə edilib. Həmin müddətdə Bakıda havanın maksimal temperaturu 38 dərəcə isti olub:
“Bu il isə sentyabrda daha uzun müddətli istilər müşahidə edilir. Yalnız sentyabrın 7-8-də qeyri-sabit hava şəraiti müşahidə edilib. Həmin günlər istisna olmaqla, qalan günlərdə hava isti keçib. Bundan əlavə, havada rütubətin miqdarının da 2003-cü ilə nisbətən normadan daha artıq olması istilik effektini həmin illə müqayisədə artırıb”.
A.Verdiyev əlavə edib ki, ümumilikdə Bakıda 1990-cı ildən sonrakı dövr ərzində ən isti sentyabr ayı 2015-ci ildə qeydə alınıb. Həmin il sentyabr ayında Bakıda havanın havanın orta aylıq temperaturu (havanın maksimal temperaturu 37 dərəcə olub) normadan yüksək olub. Bundan əvvəl isə 2002-ci ildə isti sentyabr ayı qeydə alınıb. Həmin ildə də sentyabr ayının orta aylıq temperaturu normadan bir qədər yüksək olub.
A.Verdiyevin sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə yüksəkdir. (Trend)
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ














.jpg)
















