Ekologiya
1881-ci ildən indiyədək İLK - Bakıda havanın temperaturu 35°-dən qəfil 20-yə endi
1881-ci ildən indiyədək (136 il ərzində) Bakı və Abşeron yarımadasında sentyabrda havanın temperaturunun 35 dərəcədən 20 dərəcəyə enməsi müşahidə edilməyib.
Publika.az bildirir ki, bunu Trend xəbər agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
“Bakıda hidrometeorolji stansiya 1881-ci ildə tikilib. Həmin ildən indiyədək havanın belə kəskin dəyişməsi müşahidə edilməyib, hidrometeoroloji müşahidələrdə bu hal qeydə alınmayıb”.
Hava şəraitinin belə kəskin dəyişməsinin çox az müşahidə olunduğunu deyən M.Həsənov qeyd edib ki, 1996, 2003-ci illərdə buna bənzər hallar olub. Həmin illərdə sentyabr ayı bu ilki kimi çox isti keçməsə də, yağıntılar qəfildən düşüb.
M.Həsənov Azərbaycanda yağıntıların daha çox oktyabr ayı ərzində düşdüyünü də xatırladıb: “Azərbaycanda oktyabr ayı həmişə qeyri-sabit hava şəraiti ilə müşahidə edilib. Oktyabr ayında Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının aylıq orta miqdarı təqribən 26-32 mm olur. Ancaq 2015-ci ildə Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı 76 mm-ə qədər artıb, yəni normadan 2 dəfədən çox yağıntı düşüb. Yəni yağıntının miqdarının normadan çox düşməsi halı Bakıda və Abşeron yarımadasında bəzi illərdə müşahidə edilib. Lakin indiyədək Bakıda yaydan payıza keçid bu dərəcədə kəskin olmayıb”.
Qeyd edək ki, bu il hava qəfildən soyuyub. Sentyabrın son ongünlüyünün əvvəlinədək Bakıda və Abşeron yarımadasında 35 dərəcəyə kimi isti olub. Lakin sentyabrın 27-də havanın temperaturu 19-22 dərəcəyə enib.
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir