Xəzərin səviyyəsi 3 metr qalxa bilər - RƏSMİ
Bizi izləyin

Ekologiya

Xəzərin səviyyəsi 3 metr qalxa bilər - RƏSMİ

Xəzər dənizinin səviyyəsi 3 metr qalxa bilər.

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təbliğat Şöbəsinin müdir əvəzi İsa Əliyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə təqdiqatlar aparılmaldır: “Xəzər dənizinin səviyyəsi hazırda dünya okeanının səviyyəsindən 27,5 metr aşağıdır. Dünyada qlobal istiləşmə başlayıb. Şimal və cənub qütbündəki buzlar ərisə, Xəzər dənizinin səviyyəsinin qalxma ehtimalı böyükdür. Bu halda hansı ərazini su basması barədə tədqiqatlar aparmalıdır”.

İsa Əliyev qeyd edib ki, 2030-cü ilə kimi Xəzər dənizinin səviyyəsi 3 metr qalxa bilər: “Xəzərin hövzəsi çox böyükdür. Moskvaya düşən yağıntı, qarın suyu Xəzərə axır və bu sutoplayıcı ərazi 4 milyon kvadtar kilometrə yaxındır. Yəni qlobal atmosfer sirkulyasiyası dəyişəndə, buzlaqlar əriyib, dövrüyyəyə daxil olur və həmin suların hara gedəcəyini təxmin eləmək olur. Məsələn, 510 milyon kvadrat kilometr Yerin səthidirsə, bunun təxminən 1 faizi Xəzərin sutoplama ərazisinə düşür.

Xəzərin səviyyəsi hazırda azalıb, amma tendensiya qalxmağa doğrudur. Xəzərin qalxma ehtimalı böyükdür. Bütün dünya ölkələri gözlənilən iqlim dəyişliklərinin təsirlərinin azaldılması ilə bağlı tədbirlər planı hazırlayır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm