Lənkəran və Masallıda evləri su basdı - - FOTOLAR
Bizi izləyin

Ekologiya

Lənkəran və Masallıda evləri su basdı - - FOTOLAR

İntensiv yağışlar Lənkəran və Masallıda ciddi fəsadlar törədib.

Publika.az APA-ya istinadən xəbər verir ki, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyəsi həyata keçirilir.

Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Güclü yağış Masallıda da fəsadlara yol açıb. Boradigah çayının məcrasından çıxması səbəbindən yüzə yaxın yaşayış evinin həyətyanı sahəsi və bəzi evlərin zirzəmiləri su altında qalıb.

Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib. Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının verdiyi məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməkliyi ilə ərazidən uzaqlaşdırılacaq .

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti hələ də davam edir.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm