FHN cənub regionu ilə bağlı məlumat yaydı
Bizi izləyin

Ekologiya

FHN cənub regionu ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi(FHN) yağışların Lənkəran və Astarada törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda bildirilir ki, son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.Eyni zamanda, Lənkəran çayında suyun səviyyəsi artıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası müvafiq xilasetmə işlərinin aparılması üçün yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunub. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm