Avropada 100 minlərlə insan ölümünün SƏBƏBİ AÇIQLANDI
Bizi izləyin

Ekologiya

Avropada 100 minlərlə insan ölümünün SƏBƏBİ AÇIQLANDI

Havanın çirklənməsi təkcə Avropada hər il 500 mindən çox insanın ölüm səbəbidir.

Publika.az bildirir ki, belə nəticəyə Kopenhagendə Ətraf Mühit üzrə Avropa Agentliyinin (EEA) ekspertləri gəliblər. Bu haqda Phys.org saytında press-reliz yerləşdirilib.

EEA-nın məlumatları göstərir ki, çirklənmə səviyyəsi tədricən azalır, amma əlverişsiz ekoloji vəziyyət 41 Avropa ölkəsində ölümün əsas amillərindən biri olaraq qalmaqdadır. Hesablanmışdır ki, şəhər əhalisinin 82 faizi aerozolların təsirinə meyillidir.

2017-ci ilin martında Kanada, Çin, Böyük Britaniya və ABŞ alimləri birgə işləyərək hesabladılar ki, Şərqi Avropada 47 mindən çox insan Qərbi Avropanın zavodları tərəfindən yaranmış çirkləndirmədən həlak olub.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm