Sel suları Astarada körpüləri dağıtdı - - FOTOLAR
Bizi izləyin

Ekologiya

Sel suları Astarada körpüləri dağıtdı - - FOTOLAR

Astarada güclü sel iki piyada, bir avtomobil körpüsünü qəzalı vəziyyətə salıb, yaşayış evləri təhlükədədir.

Publika.az xəbər verir ki, bir neçə gün bundan öncə cənub bölgəsinə yağan leysan yağışlar Astarada ciddi fəsadlara yol açıb.

Rayonun Şiyəkəran kəndi ərazisində Pensər çayının üzərində iki piyada körpüsü qəzalı vəziyyətə düşüb. İki mindən artıq insan kəndin bir hissəsindən digər hissəsinə keçmək üçün əlavə 4 km məsafə qət edir. Sakinlər belə bir vəziyyətin sonuncu dəfə 30 il bundan öncə müşahidə edildiyini bildiriblər. Daşqınlar zamanı çayda suyun səviyyəsi 5 metrdən artıq qalxaraq sakinlərin çay sahilindəki sitrus bağlarına da ciddi ziyan vurub.

Pensər çayının sahilində torpaq sürüşməsi səbəbindən bir neçə ev üçün də ciddi təhlükə yaranıb.

Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib ki, yaranmış vəziyyət barədə məlumatlıdırlar. Avtomobil körpüsünün qəzalı vəziyyətə düşməsinin sürücülər üçün ciddi təhlükə olduğunu qeyd edən İ. Malıyev sel nəticəsində yaranan fəsadlarla bağlı aktın tərtib olunduğunu və müvafiq qurumlara göndərildiyini bildirib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm