Çaylarda su azaldı
Bizi izləyin

Ekologiya

Çaylarda su azaldı

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 50-70 , Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 153 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 101 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 110 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 378 m (2016-cı il oktyabrın 16-da 446 sm), Şirvanda 263 sm, Salyanda 210 sm (2016-cı il oktyabrın 16-da 278 sm), Bankədə 199 sm (2016-cı il oktyabrın 16-da 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 sm (2016-cı il oktyabrın 16-da 155 sm) təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm