Ekologiya
Ətraf mühitə dəymiş ziyana görə 23 min manatlıq cərimə

Oktyabr ayının 15 günü ərzində ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı 23 min manatlıq cərimə tətbiq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin
Mühafizəsi Departamentindən Publika.az-a verilən
məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən
atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin,
fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz
məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol
verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib
olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32
müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 35 iş üzrə 23307 manat məbləğində inzibati qaydada
cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə
4440,6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə
tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki
şəxslərə qarşı 137 iş üzrə 23198,18 manat məbləğində ödəmə tətbiq
edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra
qurumlarına 24, məhkəmələrə isə 1 iş göndərilib.

-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR