Xəzərdən Bakı və Abşeron üçün BÖYÜK TƏHLÜKƏ
Bizi izləyin

Ekologiya

Xəzərdən Bakı və Abşeron üçün BÖYÜK TƏHLÜKƏ

"Xəzər nə qədər neft-qazla zəngin olsa da, orada potensial gücə malik zəlzələ ocaqları var".

Publika.az xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

“Bütün Abşeron və Bakının qorxusu məhz Xəzərdə olacaq zəlzələrdəndir”, - deyə direktor əlavə edib.

Q.Yetirmişlinin sözlərinə görə, bu zəlzələ ocaqlarının öyrənilməsi üçün Xəzərdə dib seysmoqrafları yerləşdiriləcək:

“Bununla bağlı Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası rəhbərləri Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərinə müraciət edib. 3 ilə yaxındır dib seysmometrlərini almışıq və bu günə kimi onlar bizim mərkəzin anbarında qalıb. Bu seysmoqrafların işi Xəzərin dibində xoşagəlməyən platforma, digər kommunikasıya xətlərində baş verə biləcək təhlükəni minimuma endirmək, Xəzər dibinin seysmikliyini minimuma endirmək məqsədilə alınıb. Yataqlarda fəsadların əmələ gəlməsi, platformaların çökməsi risklərini minimuma endirəcəyik”.

Q.Yetirmişli bildirib ki, bu seysmoqraflar elmi cəhətdən böyük fayda verəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm