Bugünkü istiyə ALDANMAYIN: sabahdan etibarən...
Bizi izləyin

Ekologiya

Bugünkü istiyə ALDANMAYIN: sabahdan etibarən...

"Son günlər Bakıda və Abşeron yarımadasında müşahidə olunan hava şəraiti iqlim normasından 3-4 dərəcə yüksəkdir".

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, hazırda temperatur iqlim normasından yüksək olsa da, bu cür hava şəraiti oktyabr ayı üçün xarakterikdir: “Dünən Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 23-29 dərəcə arasında dəyişib. Əvvəlki illərə nəzər salsaq, oktyabr ayında ən yüksək temperatur 1930-cu ildə müşahidə edilib. Həmin il oktyabr ayında 35 dərəcə isti qeydə alınıb. Yaxın illərdə ən yüksək temperatur 2012-ci ildə qeydə alınıb, 32 dərəcə isti müşahidə edilib. İndi müşahidə edilən temperatur, həmin illərlə müqayisədə aşağıdır və bu ay üçün xarakterikdir”.

A.Verdiyev bu cür istilərdən sonra temperaturun kəskin dəyişə biləcəyinə də aydınlıq gətirdi:

“Cənub-qərb küləyinin əsməsi ilə əlaqədar olaraq müşahidə edilən isti hava şəraiti bu gün ərzində də davam edəcək. Sabahdan başlayaraq cənub-qərb küləyi şimal küləyi ilə əvəz ediləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm