Prezidentin tapşığı ilə nazir BMT-nin konfransına qatılıb
Bizi izləyin

Ekologiya

Prezidentin tapşığı ilə nazir BMT-nin konfransına qatılıb

Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölkə Prezidenti cənab İlham Əliyevin tapırığına əsasən konfransda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransda dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndə iştirak edir. Konfransın açılış mərasimində BMT-nin Baş katibi cənab Antonio Quterreş, Ficinin Baş naziri cənab Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı noyabrın 17-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm