Nazirlik Masallı sakininin tapdığı qartalı klinikaya VERDİ
Bizi izləyin

Ekologiya

Nazirlik Masallı sakininin tapdığı qartalı klinikaya VERDİ

Yanvarın 8-də mətbuatda Masallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanov tərəfindən ona məxsus otlaq sahəsində yaralı halda qartal tapması ilə bağlı məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən sözügedən quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.

Bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartala baytar həkim tərəfindən müvafiq yardım göstərilib, reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm