Ekologiya
Ağaclarla bağlı YENİ QAYDA – Obyektlərdən minimum 5 metr məsafədə...
Ağac və kolların əkilməsi zamanı onların bina, qurğu, infrastruktur, mühəndis və başqa obyektlərdən minimal yerləşdirilməsi məsafəsi müəyyənləşib.
Nazirlər Kabinetinin təsdiq etdiyi “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”na əsasən, yaşıllıqlar salınan zaman ağacın gövdəsi bina və qurğunun xarici divarından minimum 5 metr məsafədə, kolun topa kökü isə minimum 1,5 metr məsafədə olmalıdır.
Ağacın gövdəsi və kolun topa kökü dəmiryol xətti döşəməsinin
kənarından minimal 5 metr və 3 metr məsafədə olmalıdır. Bundan
əlavə ağacın gövdəsi və kolun topa kökü müvafiq olaraq şəki və bağ
yollarının kənarlarından 0,7 metr və 0,5 metr, yolun keçid
hissəsinin kənarlarından, bərkidilmiş yol çiyinlərinin və ya
xəndəklərin kənarından 2 metr və 1 metr, işıqlandırma dirək və
dayaqlarından, terrasların ətəyindən 1 metr və 0,5 metr, dayaq
divarlarının daxili və xarici sərhədlərindən 3 metr və 1 metr aralı
olmalıdır.
Yeraltı şəbəkələrdə isə, ağacın gövdəsi və kolun topa kökü qaz və
kanalizasiya xətlərindən 1,5 metr və 1 metr, istilik xətti
kanalının divarlarından və boru xətlərindən 2 metr və 1 metr,
rabitə və elektrik xətlərindən 2 metr və 0,7metr məsafədə
olmalıdır. (Trend)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!