Bayıl sürüşmə sahəsi ilə bağlı hesabat Nazirlər Kabinetinə təqdim edildi
Bizi izləyin

Ekologiya

Bayıl sürüşmə sahəsi ilə bağlı hesabat Nazirlər Kabinetinə təqdim edildi

"Bayıl sürüşmə sahəsi ilə bağlı görülən işlərin aralıq hesabatını ötən gün Nazirlər Kabinetinə təqdim etdik".

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Hazırda Nazirlər Kabinetində ərazi ilə bağlı yekun rəy qəbul etmək üçün baxılır:

“Apardığımız geofiziki, laborator, topoqrafik işlər, mühəndis geoloji, hidrogeoloji müşahidələrin müfəssəl hesabatı hazırlanıb. Nazirlər Kabineti yekun rəy üçün nəticələri müxtəlif təşkilatlara göndərəcək. Yekun rəy veriləndən sonra məlumat mətbuata açıqlanacaq”.

Ə.Qaralov onu da vurğulayıb ki, ərazidə sürüşmə prosesi başa çatmayıb:

“Son günlər aparılan müşahidələr ərazidə aktivliyin qaldığını göstərir. Lakin sürüşmə sahəsi əvvəldən qeyd etdiyimiz konturlar daxilindədir. “Əbədi məşəl”, Gülüstan sarayı, Teleqüllə ərazisində aktivlik müşahidə edilmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm