Bu gün ilin ilk Günəş tutulması baş verəcək
Bizi izləyin

Ekologiya

Bu gün ilin ilk Günəş tutulması baş verəcək

Bu gün ilin ilk Günəş tutulması baş verəcək.

Publika.az xəbər verir ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Günəş tutulması 3 saat 51 dəqiqə davam edəcək. Tutulma Bakı vaxtı ilə fevralın 15-i 22:55-də başlayıb, 16-sı 02:47-də başa çatacaq. Maksimum tutulma 00:51-də olacaq.

Günəş tutulması (qismən tutulma) Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

Məlumata görə, il ərzində 3 Günəş tutulması (qismən tutulma) baş verəcək. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşəcək.

Qeyd edək ki, ilin ikinci Günəş tutulması iyulun 13-də baş verəcək. Həmin tutulma Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. İlin sonuncu Günəş tutulması (qismən tutulma) avqustun 11-də baş verəcək, tutulma Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm