• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Dünyanın ən nəhəng palçıq vulkanı 3O İL SONRA PÜSKÜRDÜ - AZƏRBAYCANDA

Dünyanın ən nəhəng palçıq vulkanı 3O İL SONRA PÜSKÜRDÜ - AZƏRBAYCANDA

Bu gün səhər saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilib.

Torağay ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.

Qeyd edək ki, 30 ildən sonra püskürən Torağay dünyanın ən nəhəng palçıq vulkanıdır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR