• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

Bayıldakı sürüşmənin qarşısını necə almaq olar? - İNSTİTUT AÇIQLADI

Bayıldakı sürüşmənin qarşısını necə almaq olar? - İNSTİTUT AÇIQLADI

Bayıl yamacında yeraltı sular sızmasının qarşısı alınmaq və meşə zolağı salmaqla fəallığı minimuma endirmək olar.

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, bu fikirləri Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər institutun elmi seminarında çıxışı zamanı deyib. S.Tarixazər Bayıl yamacının sürüşmə zonasında vəziyyət haqqında məruzə edib.

Həmin ərazini tədqiq və dəfələrlə müşahidə edən S.Tarixazər bildirib ki, ərazidə olarkən sakinlərlə görüşdüyünü, eləcə də Səbail rayon İcra Hakimiyyəti başçısı Eldar Əzizovla mövcud problemlə əlaqədar fikir mübadiləsi apardığını deyib:

Məruzəçi qeyd edib ki, son vaxtlar Bakıda tikinti zamanı, konkret olaraq isə Bayıl yamacında ərazinin geoloji-geomorfoloji, mühəndis-geoloji, hidro-geoloji və digər xüsusiyyətlər nəzərə alınmır.

“Nəticədə isə bir müddətdən sonra sürüşmələr yaranır, tikililərdə çatlar və çökmə kimi hallar baş verir. Tədqiqatçı bildirib ki, tikinti zamanı işlər aktiv sürüşmə zonalarının təyini istiqamətində aparılmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin səbəbi relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meylliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri və s. kimi təbii və antropogen amillərin Bayıl zonasına təsirinin nəzərə alınmamasıdır”.

S.Tarixazərin fikrincə, əgər yaxın vaxtlarda yeraltı sular sızmasının qarşısı alınması, torpağa olan təzyiqin azalması və burada meşə-park zonasının salınması kimi profilaktik tədbirlər görülərsə, artmaqda olan sürüşmə prosesinin fəallığını minimuma endirmək mümkündür.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR