• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Şabran və Lerikdə meşə ərazisində yanğın baş verib

Şabran və Lerikdə meşə ərazisində yanğın baş verib

Bu gün saat 19 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dərhal yanğının söndürülməsinə ETSN-in yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Qeyd edək ki, yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və güclü küləklə müşayiət olunduğundan onun söndürülməsində çətinliklər yaranıb. Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir. Yanğın kol-kosla örtülü ərazini əhatə edir. Alovun qarşısının alınması istiqamətində operativ tədbirlər davam etdirilir.

Eyni zamanda Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə torpaqları ilə sərhədindəki bələdiyyə torpaqlarında da yanğın hadisəsi baş verib. Yanğının söndürülməsi üçün dərhal əraziyə Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Güclü küləklə müşayət olunan yanğının meşə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə operativ tədbirlər görülür.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR