• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Təbiətə salam verən baharın ilk çiçəkləri

Təbiətə salam verən baharın ilk çiçəkləri

Yaraşığı ilə göz oxşayan valehedici qoxuya malik nərgiz çiçəkləri baharın ilk güllərindən hesab olunur. Erkən yazda qar altından baş qaldıraraq təbiətə salam verir. Nərgiz gülünün adı yunan mifologiyasında nakam məhəbbətə qurban gedən yunan gənci Narkissin şərəfinə verilib.

Publika.az xəbər verir ki, mifologiyaya görə, nərgiz çiçəkləri məhz Narkissin vəfat etdiyi yerdə bitib. Hazırda Türkiyədə İzmirin Nordoğan məhəlləsində yerləşən həmin məkan nərgiz gülünün ana yurdu sayılır.

Nərgizin soğanağı zəhərli bəzək bitkisidir. İncə, uzun, sivri uclu və yastı yarpaqları var. Təqribən 50 santimetr boyunda olan həmin yarpaqlar bəzi yerlərdə 1 metrə qədər uzanır.

Çiçəkləri arılar vasitəsilə tozlanan nərgizin ana vətəni Avropadır, İspaniya və Portuqaliyada onun müxtəlif növlərinə rast gəlinir. Aralıq dənizi sahilləri boyu təbii şəraitdə bitir. Avropa, Şimali Amerika, Şimali Afrika ölkələrində, Türkiyənin Egey bölgəsində yetişdirilir. Onun elmə 40-a qədər növü məlumdur.

Ağ, sarı, narıncıya çalan çəhrayı çiçəkləri olan nərgiz gülünün tək rəng, ya da qarışıq rəngli çiçəkləri ilə qarşılaşmaq olar. Çiçəyinin faydalı cəhətlərinə görə hələ qədimdən xalq təbabətində istifadə edilib. Bitki sakitləşdirici, qızdırmasalıcı və bağırsaqişlədici keyfiyyətlərə malikdir. Nərgizgülündən hazırlanan islatmalar ayaq altlarındakı çatların sağalmasında və varikoz zamanı faydalı təsir göstərir.

Bitkidən hazırlanan yağdan üzdəki çillərin aparılmasında, dəridəki müxtəlif iltihabi proseslərin müalicəsi, oynaq xəstəliklərinə, radikulit və dazlaşmaya qarşı mübarizədə istifadə olunur, həmçinin nərgizgülü əsəb sistemini sakitləşdirir, həyəcan və qorxu hissini azaldır, əhvali-ruhiyyəni qaldırır və ovqatı yaxşılaşdırır.

Vaxtilə məşhur loğman İbn Sina bitkinin kökləri üzərinə bal və buğda ununun əlavə edilməsi yaradan ox və tikanları çıxartmaq üçün yaxşı vasitəsi olduğunu yazırdı. Ona görə də qədim zamanlarda yaralanmalar zamanı ondan müalicə vasitəsi kimi istifadə edilib. (AZƏRTAC)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...