Azərbaycana 24 sm qar yağdı - FAKTİKİ HAVA
Bizi izləyin

Ekologiya

Azərbaycana 24 sm qar yağdı - FAKTİKİ HAVA

Martın 30-u gün ərzində, 31-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, bəzi rayonlarda, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 11-98, Mərkəzi-Aran rayonlarında 3-59, Qazax-Gəncə zonasında 4-50, Kiçik Qafqazda 12-28, Naxçıvan MR-da 3-19, Lənkəran-Astara zonasında 4-9, Bakıda və Abşeron yarımadasında 1.0 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 26, Şahdağda 24, Qırızda 17, Qusarda 13, Altıağacda 11, Xaltanda 8, Qubada 3 sm olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm