Bərdədə "Qırmızı kitab"a düşən ağaclar kəsildi - Polis işə qarışdı
Bizi izləyin

Ekologiya

Bərdədə "Qırmızı kitab"a düşən ağaclar kəsildi - Polis işə qarışdı

Bərdədə qanunsuz ağac kəsənlər saxlanılıb.

APA-nın xəbərinə görə, saat 21:00 radələrində bir qrup şəxs rayonun Koroğlu küçəsində olan şam və çinar ağaclarını kəsməyə başlayıb.

Sakinlərin verdiyi məlumata görə, bu zaman 50 şam ağacı və 3 “Qırmızı kitab”a düşmüş xan çinar ağacı, eləcə də 40-a qədər gül kolu və 15 ədəd digər ağac növləri kəsilib.

Rayon polis şöbəsinin əməkdaşlarının hadisəyə müdaxiləsindən sonra işlər dayandırılıb. Ağacların ərazidən daşınması üçün nəzərdə tutulan texnika cərimə meydançasına, ağacları kəsən şəxslər isə polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm