Sabah Bakıda güclü külək əsəcək, hava soyuyacaq - XƏBƏRDARLIQ
Bizi izləyin

Ekologiya

Sabah Bakıda güclü külək əsəcək, hava soyuyacaq - XƏBƏRDARLIQ

Aprelin 14-dən 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasındabuludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sabah bəzi bölgələrdə də şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Aprelin 14-dən 15-i gündüzədək güclü xəzri küləyi fonunda temperaturun aşağı enməsi və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlarda narahatlıq yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm