Ekologiya
Şamaxıda BÖYÜK TƏHLÜKƏ - Abid Şərifova müraciət OLUNDU
Şamaxı şəhəri 48A məhəlləsində yenidən aktivləşən sürüşmə evləri qəzalı vəziyyətə salıb. Aprel ayının 3-dən başlayan aktivlik bu gün də davam edir.
Şamaxı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən Publika.az-a bildirilib ki, sürüşmə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib:
“Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları aprelin 5-6-da ərazidə olub. Sürüşmə sahəsinə baxış keçirib, akt tərtib ediblər. Bəzi yerlərdə sürüşmə sahəsi çox böyükdür. Sürüşən torpaq sahələri isə evlərin üstünə töküldüyündən orada yaşayış çətinləşib. Sürüşmə sahəsi barədə Baş nazirin müavini Abid Şərifova müraciət edilib”.
Şöbədən bildirilib ki, ərazidəki evlərdən biri tam yararsız haldadır:
“6 ev isə qəzalı vəziyyətdədir. Həmin evlərin əksəriyyəti yeni tikililər, ev sahibləri isə gənc ailələrdir. Bəzi evin tikintisi sürüşmə səbəbindən yarımçıq qalıb. Evləri qəzalı vəziyyətdə olanlar valideynlərinin mənzilində məskunlaşıb. Əməkdaşlarımız hər gün əraziyə baş çəkir. Ötən günə olan məlumata görə, sürüşmə sahəsində vəziyyət stabildir”.
Şöbədən verilən məlumatda o da vurğulanıb ki, ərazidə sürüşmə son bir ildir aktivləşib, həmin evlərə tikinti üçün icazə bir neçə il əvvəl verilib.
Gülxar
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB