27 dərəcə isti olacaq - Sabahın HAVASI
Bizi izləyin

Ekologiya

27 dərəcə isti olacaq - Sabahın HAVASI

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, səhər zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11, gündüz 19-24, Bakıda gecə 9-11, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm