Reyd zamanı RƏİS CƏRİMƏLƏNDİ - FOTO
Bizi izləyin

Ekologiya

Reyd zamanı RƏİS CƏRİMƏLƏNDİ - FOTO

Qaradağ rayonu Buta gölünün ətrafında qeyri-qanuni tullantıların qalaqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı ərazinin təmizliyinə cavabdeh şəxs Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal Təmizliyi İdarəsinin rəisi Arif Teymurov barəsində protokol tərtib edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, bu faktlar nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reydi zamanı aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm