Şərq çinarını kəsən Bakı sakininə 2 min manatlıq cərimə
Bizi izləyin

Ekologiya

Şərq çinarını kəsən Bakı sakininə 2 min manatlıq cərimə

Xətai rayonu Sarayevo küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində yaş köküstə 26 sm diametrliyində 1 ədəd Şərq çinarı ağacı kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı ağacın Bakı şəhər sakini Emin Dadaşov tərəfindən kəsildiyi və təbiətə 750 manat ziyan dəydiyi məlum olub.

Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu fiziki şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm