Bakı sakini bina tikənləri nazirliyə şikayət etdi
Bizi izləyin

Ekologiya

Bakı sakini bina tikənləri nazirliyə şikayət etdi

Suraxanıda vətəndaş bina tikən şirkətin yaşıllıqları məhv etməsinin qarşısını alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bununla bağlı nazirlik Suraxanı rayonu Yeni Günəşli “A-B” yaşayış massivində yaşayan Rövşən Qafarova dərin təşəkkürünü bildirib, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqeyini yüksək qiymətləndirib.

“Onun ictimai nəzarəti sayəsində Suraxanı rayonu Yeni Günəşli “A-B” yaşayış massivində yeni yaşayış binasının layihələndirilməsi üçün “Abşeron-M” MMC-yə ayrılan 0,3 ha torpaq sahəsində bioloji inkişafda olan yaş köküstə 20-28 sm diametrliyində 8 ədəd sərv və şam ağacı, 8 sm diametrliyində tuya kolunun kəsilməsinin qarşısı alınıb.

Rövşən Qafarovun “Abşeron-M” MMC tərəfindən ağacların məhv edilməsi təhlükəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyi müraciət Nazirliyin əməkdaşları tərəfindən özünün iştirakı ilə araşdırılıb və ağacların mühafizə edilməsi üçün “Abşeron-M” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş verilib. Nazirliyin əməkdaşları tərəfindən ərazi və “məcburi göstəriş”in icrası nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, daxil olan müraciətləri operativ olaraq araşdırır və qanunamüvafiq tədbirlər görür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm