Baş Prokurorluqdan ağac XƏBƏRDARLIĞI
Bizi izləyin

Ekologiya

Baş Prokurorluqdan ağac XƏBƏRDARLIĞI

Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin ərazisində yaşköküstə müxtəlif cinsli və diametrli 75 ədəd ağacın qanunsuz kəsilməsi ilə bağlı Baş Prokurorluqda araşdırma başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,ağacların kəsilməsi nəticəsində təbiətə 6590 manat məbləğində ziyan dəyib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılır. Həmin faktla bağlı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən 18 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Lerik rayon Polis Şöbəsinin İstintaq Qrupuna tapşırılıb. Hazırda qanunsuz ağac kəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm