Qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanıldı
Bizi izləyin

Ekologiya

Qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanıldı

Qəbələdə qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, fakt Bum meşəbəyliyinin ərazisində aşkarlanıb.

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən Bum meşəbəyliyinin 6 saylı dolayında içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb.

Araşdırma zamanı avtomobillərin Qəbələ rayon sakinləri Gəncəli İsgəndorova və Anar Ağayevə məxsus olduğu məlum olub. Saxlanılan avtomobillər Qəbələ rayon Polis Şöbəsinə təhvil verilib, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanan sənədlər hüquq-mühafizə orqanına göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm