Ekologiya
Sabah leysan olacaq, DOLU DÜŞƏCƏK - Hava proqnozu
Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 17-20, Bakıda gecə 15-17, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 59-65, gündüz 80-90 faiz təşkil edəcək
İyunun 2-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
Bölgələrdə isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
İyunun 2-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısamüddətə xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi, rütubətli hava şəraiti və temperaturun enməsi gözlənilir. Belə təzadlı, dəyişkən hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı