Avtomobil yolları çökdü, yeni sürüşmə sahələri yarandı
Bizi izləyin

Ekologiya

Avtomobil yolları çökdü, yeni sürüşmə sahələri yarandı

Ötən ay ərzində respublikanın bəzi ərazilərində sürüşmə sahələrində aktivlik müşahidə edilib, bir sıra yollarda çökmə müşahidə edilib.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, ötən ay Zığ-1 sürüşmə sahəsində aktivlik müşahidə edilib: “Binəqədi qəsəbəsi Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə edilib. Masazır qəsəbəsi “Zəli gölü” adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürşümə və uçqun sahələrinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Nübar qəsəbəsindəki sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə prosesində nisbi aktivlik müşahidə edilib”.

Ə.Qaralovun sözlərinə görə, Şabran rayonunun Bakı-Samur avtomobil yolunun 12-ci km-ində səthi yuyulma prosesinin təzahürləri müşahidə edilib. Quba-Xınalıq yolunun 37-46, Quba-Qonaqkəndf yolunun 37-40-cı km-ində aktivlik qeydə alınıb.

“Astara rayonunun Kijəbə sürüşmə sahəsində sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb, çatların parametrləri böyüyüb. Astara rayonunun Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-lərində uçqun və sürüşmə sahələrində prosesin dinamikasında aktilik müşahidə edilib, yol boyu bir necə yerdə yeni lokal sürüşmə və oturma prossləri qeydə alınıb. Astara rayonun Motlayataq sürüşmə sahəsində çatların parametrləri böyüyüb”.

Ə.Qaralov onu da vurğulayın ki, Lənkəran-Lerik yolunda bəzi hissələrdə çökmə prosesi qeydə alınıb: “Lənkəran-Lerik yolunun 27-29 kilometrliyinin sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin diamikasında atmosfer yağıntılarının təsirindən yolboyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Avtomobil yolunun hərəkət hissəsində bir necə yerdə çatlar və çökmə-oturma prosesləri müşahidə edilib. Yolun 45-47-ci kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb, yol boyu bir necə yerdə yeni uçqun-töküntü hadisəsi baş verib.Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yolboyu yamacda bir neçə yerdə yeni uçqun, sürüşmə sahəsi müşahidə edilib. Lənkəran rayonunun Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən kənd ərazisində olan sürüşmə sahələrində nisbi aktivlik olub və bir neçə lokal sahədə yeni sürüşmə və uçqun sahələri qeydə alınıb. Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında nisbi aktivlik olub, bir necə yerdə lokal sahələrdə sürüşmə prosesləri qeydə alınıb. Lənkəranın Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində nisbi aktivləşmə olub, yol boyu bir necə yerdə çökmə-oturma proseslərinin sayı çoxalıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, Masallı rayonunun Züvand sürüşmə sahələrində, Masallı-Yardımlı yolunun 13-15, 7-16- 24-25, 4-26 kilometrliyində sürüşmə sahəsi aktivləşib, bu rayonun Güllütəpə sürüşmə sahəsində çatların parametrləri böyüyüb.

“Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində aktivləşmə, Cəlilabad-Cəngan-Soltankənd yolunun 17-ci kilometrliyində mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım qeydə alınıb. Gədəbəy rayonunun Pirdağ sürüşmə sahəsində, Siyəzən rayonu Sədan sürüşmə sahəsində aktivləşmə aktivlik olub. Xızı-Altıağac yolunun 1-ci km-ində mövcud sürüşmə sahəsində aktivlik olub, yeni uçqun-töküntü hadisəsi qeydə alınıb, bu yolun 11-15-ci kilometrliyində aktivlik müşahidə olunub, yolun hər iki çiynində sürüşmə, çökmə prosesləri qeydə alınıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm