Bakıda tikinti şirkəti ağacları MƏHV ETDİ - FOTO
Bizi izləyin

Ekologiya

Bakıda tikinti şirkəti ağacları MƏHV ETDİ - FOTO

Nəsimi rayonu, 20 Yanvar küçəsi 24 ünvanında ağac kəsimi davam edir.

Bu barədə bu barədə Publika.az-a rayon sakini Orxan Əliyev müraciət edib.

Onun sözlərinə görə, "TFM SMART PROJECT" MMC-nin apardığı qazıntı işləri zamanı xeyli sayda qanunsuz ağac kəsilib.

“Tikintini aparan Hüseynov Abbas Həsən oğlu bu ilin yanvar ayında ərazidə xeyli sayda ağacın kəsilməsinə görə 2900 manat cərimə olunmuşdu. Sakinlər olaraq ərazidə olan ağacları nömrələyib fotoşəkillərini çəkib aidiyyəti orqanlara göndərmişik. Ərazidə 50-yə qədər müxtəlif növdə ağac olub. Sizə göndərdiyim şəkillərdə ərazinin əvvəlki şəkilləridir. Bununla bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub”.

Qeyd edək ki, bu ilin yanvar ayında da Orxan Əliyev ərazidə ağacların naməlum şəxslər tərəfindən kəsilməsi barədə şikayət etmişdi. Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə dəfələrlə zəng etsək də, telefonlara cavab verilməmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Publika.az-a açıqlamasında, ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətin Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırıldığı bildirmişdi.

“Sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsində yaşköküstə 12-16 sm diametrində 2 ədəd ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi aşkar olunub. Araşdırma zamanı qanun pozuntusunun fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib. Faktla bağlı Abbas Hüseynov barəsində protokol tərtib edilib və ona ümumilikdə 2900 manat məbləğində cərimə və ziyan tətbiq olunub”.

Nazirliyin mətbuat xidməti İradə İbrahimova Publika.az-a açıqlamasında şikayətlə bağlı təkrar araşdırma aparacaqlarını bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm