Nazirlik açıqladı: 120 ilin rekord istisi
Bizi izləyin

Ekologiya

Nazirlik açıqladı: 120 ilin rekord istisi

Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb.

Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41,6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm