Bakıda tozun miqdarı normadan çoxdur - Bu xəstələrin nəzərinə
Bizi izləyin

Ekologiya

Bakıda tozun miqdarı normadan çoxdur - Bu xəstələrin nəzərinə

“Bu gün səhər saatlarından Bakıda və Abeşron yarımadasında müşahidə olunan toz-dumanı gün ərzində respublikanın digər bölgələrində də qeydə alınacaq”.

Bu barədə Publika.az-a Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakterlidir:

“Adətən, yay aylarında bəzi ölkələrdən hava axını səbəbindən toz-dumanı daxil olsa da, bu dəfə onunla bağlı deyil. Artıq bir aya yaxındır Abşerona yağış yağmır və isti hava şəraiti müşahidə edilir. Bu gün isə şimal-qərb küləyinin təsirindən torpağın üst qatındakı hissə havaya qalxır və toz qatı yaranır. Artıq 07:00-da apardığımız müşahidələr zamanı havada toz-dumanı müşahidə edilirdi. Gün ərzində bu cür hava hakim olacaq. Sabahdan etibarən sinoptiklər ölkə ərazisində şimal-qərb küləyinin cənub-şərq küləyi ilə əvəz ediləcək. Nəticədə toz dumanı azalacaq. Bu gün ərzində toz-dumanı tədricə Lənkəran ərazisində, günorta saatlarından Aran rayonlarında da müşahidə ediləcək”.

M.Avazova bildirib ki, hazırda paytaxtda tozun miqdarı normadan bir neçə dəfə çoxdur:

“Bu da xüsusən, ürək-damar sistemi, astma xəstələri, eləcə də selikli qişasında problem olanlar üçün diskomfort hissi yarada bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm