Nazirlikdən anomal İSTİ XƏBƏRDARLIĞI: sabah 17:00-dək...
Bizi izləyin

Ekologiya

Nazirlikdən anomal İSTİ XƏBƏRDARLIĞI: sabah 17:00-dək...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti anomal hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, anomal isti hava şəraiti ilə bağlı iyul ayının 3-ü günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 03-04-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm