Nazirlikdən turistlərə XƏBƏRDARLIQ: bu ərazidə davranış qaydalarını...
Bizi izləyin

Ekologiya

Nazirlikdən turistlərə XƏBƏRDARLIQ: bu ərazidə davranış qaydalarını...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Park ərazilərində davranış qaydaları ilə bağlı turistlərə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, Milli parklarda ekotiurizm fəaliyyəti təyin olunmuş marşrutlar üzrə həyata keçirilməlidir.

“Yalnız müəyyən edilmiş bir neçə marşrutdan öz istədiyiniz marşrutu seçə bilərsiniz. Milli Park ərazisində ekoturizm məqsədilə daxil olmazdan öncə müvafiq təşkilatlarda sığortalana bilərsiniz (Bu sığorta Milli Park ərazisində baş verə biləcək bədbəxt və fövqəladə hadisələri, infeksion xəstəlikləri, vəhşi heyvanlardan dəyə biləcək xəsarəti (məsələn, ilan vurması) və s. nəzərdə tutmalı, bunların müqabilində turistlərə veriləcək maddi-təminatı müəyyən etməlidir) nəzərə almalıdır. Təyin olunmuş marşrutlardan kənara çıxmamalı, Milli Park işçilərinin (gid-bələdçilərinin) və ya istiqamətləndirici nişanların, texnoloji xəritələrin göstərişlərinə təhlükəsizlik nöqteyi-nəzərdən əməl edilməlidir. Turistlər Milli Park ərazisində fəaliyyət göstərən dayanacaqdan, iaşə və ticarət, o cümlədən istirahət obyektlərinin xidmətindən istifadə edə bilər. Milli Park ərazisində hərəkət edən zaman fəaliyyət göstərən İnformasiya Mərkəzlərindən ərazi haqqında lazımi məlumatları əldə edə bilərdi. Turistlər icazə əsasında Parkda müəyyən olunmuş yerlərdə ov və həvəskar balıq ovu ilə məşğul ola bilər. Park ərazilərində olarkən həvəskar foto və video çəkilişləri apara,müşahidəedici vasitələrdən, mobil telefonlardan və səsyazma vasitələrindən istifadə edə bilərlər. Marşrut boyu yanmış kibrit çöplərini, siqaret kötüklərini ətrafa atılmamalıdır, meşə ərazisində dincələrkən tonqal qalamamalı, müəyyən olunmuş yerlərdə qalanan tonqallar tam söndürülməlidir, Milli park ərazisindəki dayanacaqlarda –nəqliyyat vasitələrinin yaxınlığında yanan vasitələrdən istifadə edilməməlidir”.

Məlumatda bildirilib ki, bu qaydaların bilərəkdən pozulması hallarında Milli Parkın təbiət komplekslərinə dəymiş ziyana görə təqsirli şəxs Azərbaycan respublikasının müvafiq qanunvericiliyə uyğun olaraq maddi, inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm