Teleqüllə sahəsindəki sürüşmə ilə bağlı hesabat hökumətə təqdim edilib
Bizi izləyin

Ekologiya

Teleqüllə sahəsindəki sürüşmə ilə bağlı hesabat hökumətə təqdim edilib

“İyun ayı ərzində Bayıl sürüşmə sahəsində aktivlik qeydə alınmayıb. Nə “Buxta küçəsi” sahəsi, nə də “Teleqüllə” sürüşmə sahəsində aktivlik müşahidə edilib”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, artıq “Teleqüllə” sürüşmə sahəsi barədə hesabat hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

“Hesabata Nazirlər Kabineti tərəfindən müəyyən edilən qurumlar tərəfindən rəy veriləcək. Bundan sonra ərazidə lazımı tədbirlər görüləcək".

Ə.Qaralov bildirib ki, Binəqədi 1-ci mədən yaşayış sahəsi –sahədə, eləcə də Binəqədi qəsəbəsi Malikaslanov küçəsi və ətraf ərazilərdəki subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə edilir. Masazır qəsəbəsi “Zəli gölü” adlanan ərazidə, Nübar qəsəbəsində təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesində, nisbi aktivlik qeydə alınıb.

"Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Zabrat-Məhəmmədi,Savalan subasma sahələrində prosesin dinamikasında stabil gərginlik müşahidə edilir. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsi ay ərzində aparılmış müşahidələrə əsasən avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud olan sürüşmə sahəsinin ölçülərində artım qeydə alınıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-136-cı km-də sürüşmə prosesi aktivləşib və lokal sahələrdə uçqun müşahidə edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm