Bu yollar TƏHLÜKƏLİDİR - Sürüşmə aktivləşib - SİYAHI
Bizi izləyin

Ekologiya

Bu yollar TƏHLÜKƏLİDİR - Sürüşmə aktivləşib - SİYAHI

“İyun ayında Lənkəran-Lerik yolunun 15-17, 17-19, 27-29, 45-47-ci km-də sürüşmə sahələrində yol boyu bir neçə yerdə yeni uçqun-töküntü prosesləri müşahidə olunub”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində mövcud uçqun hadisəsinin dinamikasında nisbi aktivlik və bir neçə yerdə lokal sahələrdə sürüşmə prosesləri baş verib.

“Lənkəranın Gəgiran kəndi ərazisinin bir neçə yerində yeni sürüşmə və uçqun hadisələri qeydə alınıb. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci kilometrliyində nisbi aktivlik müşahidə edilib, yol boyu avtomobil yolunun hərəkət hissəsində çökmə-oturma prosesləri çoxalıb. Masallıda Güllütəpə sürüşmə sahəsinin parametrlərində artım müşahidə edilib. Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-25, 4-26-cı kilometrliklərində müşahidələr zamanı sürüşmə və uçqun sahələrinin dinamikasında aktivlik qeydə alınıb. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində artım müşahidə olunub”.

Ə.Qaralov bildirib ki, Xızı-Altıağac avtomobil yolunun 1-ci kilometrliyi sürüşmə sahəsi də aktivləşib, avtomobil yolunun sol və sağ çiynində çökmə-oturma prosesləri qeydə alınıb.

“Xızı-Altıağac avtomobil yolunun 11-15-ci kilometrliyi sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə olunub, yolun hərəkət hissəsində müxtəlif istiqamətli çatlar əmələ gəlib. Siyəzəndə Sədan sürüşmə sahəsi də aktivləşib, sürüşmə sahəsinə yaxın ərazilərdə yeni lokal sürüşmə sahələri yaranıb. Şamaxı şəhəri, 48-A məhəlləsi sürüşmə sahəsinin parametrlərində nisbi artım baş verib.

İsmayıllının Müdrisə kəndində və Lahıc-Müdrisə avtomobil yolunun bir neçə yerində sürüşmə və uçqun töküntü prosesləri müşahidə olunub. Ay ərzində düşən atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal-şərq hissəsində eni 120-140 metr, uzunluğu 280-300 metr olan sürüşmə sahəsi əmələ gəlib. İsmayıllı rayonu Qoydan kəndi ərazisində eni 40-80 m, uzunluğu 150-170 m olan sürüşmə sahəsi yaranıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm