Nazirlikdən Baş prokurorluğa daha bir şikayət
Bizi izləyin

Ekologiya

Nazirlikdən Baş prokurorluğa daha bir şikayət

Gəncə şəhəri, Kəpəz rayonu, M.Hüseynzadə küçəsində köküstə yaş 16 ədəd lüqustr ağacı kəsilib. Bununla da təbiətə 4380 manat məbləğində ziyan dəyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Publika.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının araşdırması zamanı ağacları Gəncə şəhər sakini Rasim Ələsgərov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.

Ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm