Bioresurslara 41 min manat ziyan dəyib
Bizi izləyin

Ekologiya

Bioresurslara 41 min manat ziyan dəyib

Bu ilin 6 ayı ərzində balıq və digər su bioresurslarından istifadə zamanı qanunu pozan şəxslərdən 35 üzmə vasitəsi, 11 ədəd asma qayıq mühərriki, 638 ədəd qanunsuz ov aləti tor və 1880 ədəd qarmaq, 2161 ədəd müxtəlif növ balıqlar, su bioresursu olan 1103 ədəd qurbağa və 1341 ədəd krevet götürülüb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə araşdırma zamanı qanun pozuntularına görə 63 akt və 79 protokol tərtib edilib. Tədbir görülməsi üçün 68 iş hüquq-mühafizə orqanlarına göndərilib.

Bioloji resurslara vurulan ziyana görə 41932 manat məbləğində iddia qaldırılıb, 11500 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm