Yardımlıdakı meşə yanğını LOKALLAŞDIRILDI - (YENİLƏNDİ)
Bizi izləyin

Ekologiya

Yardımlıdakı meşə yanğını LOKALLAŞDIRILDI - (YENİLƏNDİ)

Yardımlı rayonunda baş vermiş yanğın lokallaşdırılıb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakininlərinin fədakarlığı nəticəsində iyulun 6-da yanğın lokallaşdırılıb, eyni zamanda bir neçə ərazilərdə tüstülənmə müşahidə olunur. Lokallaşdırılan ərazilərdə olan yanğının və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub.

Xatırladaq ki, iyulun 5-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib. Havaların anomal isti və quru keçməsi, həmçinin küləkli olması yanğının tam söndürülməsində çətinlik yaradıb.

***

İyulun 5-də gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, helikopter və aviasiyası yanğın söndürülmə işlərinə cəlb olunub.

“Nisbi rütubətin 23 faiz, küləyin sürətinin 14 m/san və yüksək temperatur rejimi işlərin aparılmasına əngəllik yaratsa da yanğın söndürülmə işləri davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fövqəladə Hallar Nazirliyinin qüvvələrinə dərin minnətdarlıq bildirir, eyni zamanda rayon icra hakimiyyəti, Masallı, Yardımlı, Cəlilabad rayonlarının sakinlərinin yanğının söndürülməsinə yaxından köməkliyini xüsusi vurğulayır”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 iyul tarixindən yanğın baş verən ərazidə nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm