Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Bizi izləyin

Ekologiya

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günü çimərliklərə gedənlərə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm