Ekologiya
Qanunsuz ov edənlər saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reyd keçirilir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ova cəhd edən Masallı rayon sakini Şahmar Kərimov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 6 ədəd patron götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və 1000 manat məbləğində cərimə tətbiq olunub.
Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan Biləsuvar rayon sakini Vüqar Qiyasov saxlanılıb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 700 manat məbləğində cərimə edilib.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...