• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Ağacların dibinə naməlum maddə tökülən ərazini nazirlik himayəyə götürdü

Ağacların dibinə naməlum maddə tökülən ərazini nazirlik himayəyə götürdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, 23 iyul 2018-ci il tarixində Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR