• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Nazirlikdən bu restoranlara SƏRT SANKSİYA: “Xəmsə”, “Oazis”, “Sonalar sonası”... - SİYAHI

  • Ekologiya
  • 27 İyul 2018 12:40
  • 1 131 Baxış
Nazirlikdən bu restoranlara SƏRT SANKSİYA: “Xəmsə”, “Oazis”, “Sonalar sonası”... - SİYAHI

“İctimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə axıdılan tüstü axınına görə nazirliyin obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə bir müddət əvvəl verdiyi xəbərdarlığın müddəti başa çatır. Yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən restoranlarla bağlı tədbirlər görüləcək”.

Publika.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Xəzərin ekoloji problemlərinin aradan qaldırılması ilə bağlı keçirilən tədbirdə deyib.

İ.İbrahimova bildirib ki, nazirliyin xəbərdarlığına əməl etməyən “Xəmsə”, “Oskar”, “Oazis”, “Millenium”, “Sonalar Sonası”, “Xan qızı”, “Dan ulduzu” və digər restoran və şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq.

Nazirlik rəsmisi bildirib ki, yaşıllıqların qorunması ilə bağlı tədbirlər də gündəmdədir və davam etdirilir:

“Sevindiricidir ki, artıq ağacların kəsilməsinə ictimaiyyət tərəfindən kəskin münasibət bildirilir, ağac kəsənlər ictimai qınaq obyektinə çevrilir. Daha bir aktual məsələ Xəzər dənizinin çirkləndirilməsidir. Nazirlik bununla da bağlı davamlı monitorinq və reydlər keçirir. Xəzəri çirkləndirənlərə qarşı Daxili İşlər Nazirliyi birlikdə keçirilən reydlər davam etdirilir və bu məsələ daimi olaraq nazirliyin diqqət mərkəzindədir".

İ.İbrahimova onu da vurğulayıb ki, Nazirlik son zamanlar ekologiyanın qorunması istiqamətində bir neçə layihə həyata keçirib və bu layihələr ictimaiyyət tərəfindən xoş qarşılanıb:

"Həyata keçirdiyimiz layihələrdən biri plastik tullantılarla bağlıdır. Belə ki, plastik tullantıların düzgün idarə edilməsi, çeşidlənməsi və tədricən plastik qablaşdırılmadan imtina olunması sahəsində digər tədbirlərlə bərabər, plastik tullantılar üçün konteynerlərin yerləşdirilməsi layihəsi də davam etdirilir. Bu gün belə bir konteyner Şabran şəhərində qoyulub”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR