• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Çimərlik və istirahət mərkəzlərində ciddi NÖQSANLAR AŞKARLANDI - ADLAR

Çimərlik və istirahət mərkəzlərində ciddi NÖQSANLAR AŞKARLANDI - ADLAR

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Xaçmaz rayonunda Xəzər dənizinin sahil zolağında və çimərliklərdə birgə reydlər keçirib. Reydlər nəticəsində “Bulaq”, “Üç qardaş”, “Green ville”, “Panorama”, “Əlincə”, “Raduqa”, “Çıraq qala” və “Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, “Təbib”, “Sunset”, “Elay”, “Jalə” istirahət mərkəzlərində və “Panorama” restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub”.

Publika.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov bu gün nazirlikdə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

F.Mütıllimov bildirib ki, bununla yanaşı, Sumqayıt şəhərində Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər zamanı da analoji faktlar aşkar olunub.

“Araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur”, “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalaqlandığı məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 12500 manat məbləğində cərimələnib. “Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib və icrası nəzarətə götürülüb”.

Onun sözlərinə görə, belə mənfi faktlara baxmayaraq, işlərini düzgün təşkil edən, ekoloji normalara riayət edən istirahət mərkəzləri də var:

“Nabranda “Palma”, Azərbaycan Dəmir Yolları QSC-nin və Təhsil Nazirliyinin istirahət mərkəzləri, Sumqayıt zonasında “Amor”, “Flaqman” və “Ləman” istirahət mərkəzlərində bu faktlar təkrar olunur. Son iki gündə birgə reydlər Lənkəran rayonunda Xəzər dənizinin sahil zolağında aparılır və ilkin nəticə olaraq “Meduza”, “Su pərisi”, “Panorama” və “Məşədi” istirahət mərkəzlərində aşkar olunan qanun pozuntuları barəsində protokollar tərtib olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür”.

Nazirlik əməkdaşı reydlərin mütəmadi xarakter daşıyacağını və Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahil zolağı boyu davam etdiriləcəyini bildirib:

“Bəzi hallarda cərimələr də insanları bu əməllərini törətməkdən çəkindirmir. Bununla bağlı Nazirliyin sərt mövqeyi mövcuddur və bu yanaşmamız bir neçə dəfə onlara çatdırılıb və ciddi xəbərdarlıqlar edilib. Onların qarşısında öz fəaliyyətlərini yenidən nəzərdən keçirərək qanunvericiliyin tələblərinə uyğunlaşdırılması şərti qoyulub. Bu tələbələri pozanlara qarşı barışmaz mübarizə aparılacaq və çox sərt tədbirlər görüləcək”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR