Nəsimidə ağac kəsənləri polis axtarır
Bizi izləyin

Ekologiya

Nəsimidə ağac kəsənləri polis axtarır

Nəsimi rayonu, 20 yanvar küçəsi 22 ünvanında ağacların kəsilib.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı köküstə yaş müxtəlif cinsli 3 ədəd ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə məktubla müraciət olunub.

Sözügedən əraziyə yeni ağacların əkilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm