• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

Ayın sonuncu günü hava necə olacaq?

Ayın sonuncu günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

İyulun 31-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Mülayim şimal-şərq və şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

Bölgələrdə də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

İyulun 31-də Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü fonunda havada rütubətliyin normadan bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR